Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu Portuqaliyanın “Benfika”sına qarşı keçirəcək.
İdman.biz xəbər verir ki, bu görüşü Azərbaycan çempionuna yaxşı tanış olan belçikalı hakim idarə edəcək.
Erik Lambrextsin başçılıq etdiyi hakimlər briqadası indiyədək Qurban Qurbanovun komandasının üç oyununda iş başında olub. Lakin bu qarşılaşmaların heç birində “Qarabağ” qalib gələ bilməyib. Komanda “Molde” ilə 2:2 hesablı heç-heçə edib, “Frayburq”a 1:2 uduzub və “Bazel”lə qolsuz bərabərə qalıb.
Lambrextsə bu dəfə də həmyerliləri - yan xətt hakimləri Yo de Veird və Kevin Monteni, həmçinin dördüncü hakim Natan Verboomen kömək edəcəklər.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da Lissabonda start götürəcək.