Klubların sentyabr ayı üçün dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, IFFHS-in cədvəlində planetin 506 ən yaxşı komandası yer alıb.
Siyahıda Azərbaycanın da 4 klubu var. “Qarabağ” 154,75 xalla dünyada 96-cıdır. Ölkə çempionumuz ötən ayla müqayisədə sıçrayış edərək 38 pillə irəliləyib.
“Araz-Naxçıvan” da mövqeyini yaxşılaşdırıb. Onlar 70,25 xalla 363-cü yerdən 355-ə qalxıblar.
“Sabah” (79,75) 264-cü pillədən 302-yə, “Zirə” (68,00) isə 274-dən 380-ə düşüb.
Qeyd edək ki, cədvələ 543 xalla PSJ (Fransa) başçılıq edir.
İdman.biz