AFFA nümayəndəsi “Ayaks”ın oyununa təyinat alıb

Xəbərlər
10 Sentyabr 2025 10:28
38
AFFA nümayəndəsi “Ayaks”ın oyununa təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

İdman.biz xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.

İdman.biz