Fransa gənclər yığmasının futbolçusu, 20 yaşlı Valentin Atanyana “Reyms”dən Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına transfer olunub.
İdman.biz xəbər verir ki, keçidlə bağlı məlumatı hər iki klubun mətbuat xidməti təsdiqləyib.
Sövdələşmənin məbləği 25 milyon avro göstərilir.
Qeyd edək ki, Valentin Atanyana “Reyms” klubunun yetirməsidir. O, əsas komanda ilə bütün turnirlərdə 63 oyun keçirib və 1 qol vurub. Kamerunda doğulan yarımmüdafiəçi Fransa gənclər yığmalarında keçirdiyi 47 matçda isə 6 qolla yadda qalıb.
İdman.biz