"Fənərbaxça" bu əfsanə ilə razılaşmaya yaxındır

Xəbərlər
6 Sentyabr 2025 19:10
44
"Fənərbaxça" bu əfsanə ilə razılaşmaya yaxındır

"Fənərbaxça" "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla ilkin razılığa gəlib. Bu barədə İdman.biz "Sabah Spor"a istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, fransalı mütəxəssis əmək haqqı və müqavilə detalları ilə bağlı danışıqlar başa çatdıqdan sonra Türkiyəyə gələcək.

Komandaya daha öncə avqustun sonunda postunu tərk edən Joze Mourinyo rəhbərlik edib.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Bu müddət ərzində klub üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.

İdman.biz