Luis Enrikenin körpücük sümüyü sınıb - velosipeddən yıxılıb

Xəbərlər
6 Sentyabr 2025 12:29
45
Luis Enrikenin körpücük sümüyü sınıb - velosipeddən yıxılıb

PSJ-nin baş məşqçisi Luis Enrike bədbəxt hadisə ilə üzləşib.

İdman.biz Fransa mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin körpücük sümüyü sınıb.

O, velosiped sürərkən yıxılıb. Xəstəxanada müayinə zamanı məlum olub ki, baş məqçi ciddi zədə alıb. Onun əməliyyat olunacağı bildirilir.

Qeyd edək ki, 2023-cü ildən PSJ-ni çalışdıran Enrikenin rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, Kubok və Superkuboku qazanıb.

İdman.biz