Çempionlar Liqası çərçivəsində keçiriləcək "Benfika" - "Qarabağ" matçının biletlərinin qiymətləri açıqlanıb.
İdman.biz Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 40-60 avro arasında satılacaq.
Biletlər sentyabrın 5-dən satışa çıxarılacaq. Lakin VIP yerlərin qiymətləri hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da Portuqaliyada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar turnirin qrup mərhələsinin ilk turunda üz-üzə gələcək.
İdman.biz