DÇ-2026-nın oyunları üçün biletlərin ilkin qiymətləri açıqlanıb

Xəbərlər
4 Sentyabr 2025 01:06
35
DÇ-2026-nın oyunları üçün biletlərin ilkin qiymətləri açıqlanıb

DÇ-2026-nın qrup mərhələsinin oyunları üçün ən ucuz biletlərin qiyməti 60 dollar olacaq.

İdman.biz bu barədə ESPN-ə istinadən xəbər verir.

Bu halda söhbət bir neçə matç üçün paketdən yox, bir oyun üçün biletdən gedir. Qeyd olunur ki, dünya çempionatının finalına ən bahalı bilet 6710 dollara başa gələcək. Mənbə vurğulayır ki, dünya çempionatına qədər bu qiymətlər dəyişə bilər.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.Turnir ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. Dünya çempionatına ABŞ-dan 11, Meksikadan üç, Kanadadan isə iki şəhər ev sahibliyi edəcək. Hazırkı dünya çempionu Argentina millisidir.

İdman.biz