İlkay Gündoğan "Qalatasaray"da

Xəbərlər
1 Sentyabr 2025 20:33
37
İlkay Gündoğan "Qalatasaray"da

"Mançester Siti"nin yarımmüdafiəisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" türk əsilli futbolçu ilə razılaşma əldə edib.

Gündoğan sabah Türkiyəyə gələrək sağlamlıq müayinəsindən keçəcək və müqaviləyə imza atacaq.

Türkiyə klubu İlkaya illik 5 milyon avro maaş təklif edib. Müqavilə iki müddətinə imzalanacaq.

Bu mövsüm "Mançester Siti" ilə 4 matça çıxan İlkay 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

İdman.biz