Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdə ev oyunlarını keçirəcəyi stadion açıqlanıb - VİDEO

Xəbərlər
31 Avqust 2025 11:51
65
Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdə ev oyunlarını keçirəcəyi stadion açıqlanıb - VİDEO

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ağdam klubu rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyun keçirəcək. Azərbaycan çempionu əsas mərhələyə sentyabrın 16-da "Benfika"ya qarşı Portuqaliyada başlayacaq. İlk ev matçı isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubu omandası ilə olacaq.

İdman.biz