Ramil Şeydayev ÇL-in oyunundan sonra dava edib, zərbələrə məruz qalıb - VİDEO

Xəbərlər
29 Noyabr 2023 21:55
Ramil Şeydayev ÇL-in oyunundan sonra dava edib, zərbələrə məruz qalıb - VİDEO

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Buriram Yunayted" Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Tailand təmsilçisi V tur çərçivəsində “Jejyanq”nın qonağı olub.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. "Buriram Yunayted" Çin klubuna 2:3 hesabı ilə uduzub. 27 yaşlı hücumçumuz 90 dəqiqə oynayıb.

Qarşılaşmadan sonra futbolçular arasında dava düşüb. Yığmamızın üzvü də qarşıdurmada iştirak edib və zərbələrə məruz qalıb.

Hər iki komandanın oyunçularının cəzalanacağı istisna edilmir.

Qeyd edək ki, "Buriram Yunayted" 5 oyundan 6 xal toplayıb. Üçüncü pillədə qərarlaşan Ramilin komandası son turda qələbə sayəsində növbəti mərhələyə yüksələcək.

İdman.biz