Fernandu Santuş mətbuat konfransı keçirəcək

Xəbərlər
27 Avqust 2025 13:06
57
Fernandu Santuş mətbuat konfransı keçirəcək

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir avqustun 29-da, saat 11:00-da qurumun inzibati binasında təşkil olunacaq.

Mətbuat konfransında millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunları üçün heyəti açıqlanacaq.

İdman.biz