“Qarabağ” daha bir transferi yekunlaşdırır

Xəbərlər
27 Avqust 2025 09:18
91
“Qarabağ” daha bir transferi yekunlaşdırır

Ötən gün Kamilo Duranı heyətinə cəlb edən “Qarabağ” daha bir transferə yaxındır.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, Fransanın “Loryan” klubunun hücumçusu Sambu Sumano ilə danışıqlar müsbət nəticələnmək üzrədir.

Ağdam təmsilçisi seneqallı forvardın transferini həyata keçirməklə hücumun mərkəzindəki boşluğu da dolduracaq.

24 yaşlı futbolçunun “Qarabağ” və “Seltik”in maraq dairəsində olması barədə məlumat verilmişdi. Şotlandiyalılardan fərqli olaraq, Azərbaycan çempionu daha cəld tərpənərək, qarşı tərəflə danışıqlarda bir çox detalları razılaşdırıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağa yaxın olması da Sambunun qərarına öz təsirini göstərir. Ölkə çempionu avqustun sonuna qədər transferi rəsmiləşdirmək niyyətindədir.

Sambu Sumanonun “Loryen”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

İdman.biz