Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72-ci dəqiqədə azlıqda qalıb

Xəbərlər
24 Avqust 2025 21:59
41
Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72-ci dəqiqədə azlıqda qalıb

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” ardıcıl ikinci oyunda məğlub olub.

İdman.biz xəbər verir ki, komanda bu dəfə Cənubi Koreya çempionatının 27-ci turu çərçivəsində səfərdə “Anyang”a 2:3 hesabı ilə uduzub.

Qonaqlar iki dəfə hesabda irəli çıxsalar da, 72-ci dəqiqədə azlıqda qaldıqlarından üstünlüklərini qoruyub saxlaya bilməyiblər.

Start heyətində meydana çıxan Krivotsyuk oyunu əvəzolunmadan keçirib.

Hesabında 42 xal olan “Daejeon” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

İdman.biz

Məqalədə: