"Karvan-Yevlax"ın legioneri Coy-Slayd Mikelsin Sportal.az-a müsahibəsi
- "Kəpəz"lə görüşdə qalib gəlməyi bacardınız. Görüşlə bağlı fikrin necədir?
- Oyun başlayanda buradakı atmosfer bizə bir az çətinlik yaratdı. İlk bir neçə dəqiqə çətinlik hiss etdik. Zaman keçdikcə isə təbii ki, daha da normallaşdı.
- Dediyin çətinlik nə ilə bağlı idiki?
- Qəbələdəki havanı nəzərdə tuturam. Mühiti deyirəm. Yüksəklikdir. Onunla bağlı bir qədər çətinliklərimiz oldu. Amma zaman keçdikcə, biz bunun da öhdəsindən gəldik. Hesabda 1:0 irəli çıxdıq və bizim işimizi də bir qədər asanlaşdırdı. Oyunun gedişinə də öz təsirini göstərdi. Zaman keçdikcə də oyunu ələ almağı bacardıq. Nəticəni də gördünüz. Şadam ki, qalib gəldik.
- Premyer Liqada ilk qolunu vurdun. Hansı hissləri keçirirsən?
- Əlbəttə, ikinci oyunda qol vurmaq mənim üçün sevindirici haldır. "Karvan"da ilk qolumdur. Komandamla qürur duyuram. Bu oyunları davam etdirəcəyik. Uğurlu nəticə qazanmağa çalışırıq.
- Ötən turda Şamaxıda süni örtüklü meydançada oynadınız, bu dəfə Qəbələdə təbii örtüklü meydançada. Bunlar haqda fikrin necədir?
- Düzdür, bizim üçün bir qədər çətindir. Ötən oyunda süni örtükdə oynamışıq. Amma iki oyun quruluşuna və sxeminə görə tam fərqlidir. Çünki təbii otda bir cür oyun alınır, süni örtükdə bir cür. Bütün komandalar üçün eynidir. Oyundan-oyuna dəyişir. Eyni qalmır.
- "Kəpəz" "Karvan-Yevlax"a üç xal gözü ilə baxırdı. Nəticə əksinə alındı. Səncə, futbol camiəsini təəccübləndirə bildiniz?
- Mən elə fikirləşmirəm ki, "Kəpəz" bizdən o xalları asanlıqla ala bilsin. Çünki bizim keyfiyyətli komandamız var. Oyundan-oyuna da komandamızın keyfiyyətini yaxşılaşacaq. Biz daha yaxşı oynamağa çalışacağıq.
- Azərbaycana, Premyer Liqaya, Yevlaxa adaptasiya dövrün necə keçir?
- Təcrübəmə əsaslanaraq deyirəm ki, oyundan-oyuna bu nəticələr daha da yaxşılaşacaq.
- Növbəti turlarda qardaşlarının komandalarına qarşı rəqib olacaqsan. Bu anları səbirsizliklə gözləyirsən?
- Əlbəttə, biz bunu gözləyirik. Onlarla bu barədə də danışmışam. Müzakirələr edirik. Kimin güclü, kimin zəif olduğunu və ümumilikdə söhbətlərimiz olur. Təbii ki, biz rəqabət və futboldan əlavə qardaşlarıq. Növbəti oyunlarda oyunlar olduqdan sonra bu matçlar barədə fikir söyləmək olar.
- Hər üçünüz də 20 nömrəli futbolka geyinirsiz. Leroy Mikels də ötən mövsüm "Şamaxı"da 20 nömrə idi, Lens də "Sabah"da 20 nömrədir...
- İlk təcrübəm bu nömrə ilə başlayıb. Mən özümə bu nömrəni götürdükdən sonra qardaşlarım da bu nömrələri özlərinə götürdülər.
İdman.biz