Breşianinin transferi “Napoli”yə 15 milyon avroya başa gələ bilər

Xəbərlər
23 Avqust 2025 17:29
36
Breşianinin transferi “Napoli”yə 15 milyon avroya başa gələ bilər

“Napoli” “Atalanta”nın yarımmüdafiəçisi Marko Breşianini ilə bağlı danışıqları davam etdirir.

İdman.biz "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 25 yaşlı italiyalı oyunçu üçün 15 milyon avroya qədər ödəniş mümkündür.

Lakin, hələlik “Atalanta”nın futbolçu ilə yolları ayırmağa hazır olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, 2024/25 mövsümündə Breşianini icarə əsasında “Frozinone”də çıxış edib. O, bütün turnirlərdə 38 oyuna 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçunun “Atalanta” ilə müqaviləsi 2029-cu ilin 30 iyununadək qüvvədədir. Transfermarkt oyunçunun dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

İdman.biz