Coşua Kimmix: “6:0 hesablı qələbə digər komandalar üçün siqnaldır”

Xəbərlər
23 Avqust 2025 19:09
33
Coşua Kimmix: “6:0 hesablı qələbə digər komandalar üçün siqnaldır”

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix Almaniya çempionatının 1-ci turunda “Leyptsiq” üzərində 6:0 hesablı qələbəni şərh edib.

İdman.biz xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun haqqında danışan futbolçu bildirib ki, başlanğıc çox yaxşı olub, yalnız nəticə baxımından deyil, həm də oyunun keyfiyyəti baxımından: "Enerjimizi yüksək səviyyədə saxladıq. İkinci hissənin əvvəlində o qədər də istəkli deyildik, amma dördüncü qolu vurmaqla yenidən oyuna tam qoşulduq. Uzun yay hazırlığımız olmasa da, artıq müəyyən ritm qazandığımız görünür. 6:0 hesablı qələbə digər komandalar üçün açıq mesajdır. Futbolun yaxşı, amma çətin xüsusiyyəti ondadır ki, belə nəticəni hər üç gündən bir qorumaq lazımdır. Çərşənbə günü biz yenidən oyuna 0:0-dan başlayacağıq”.

Qeyd edək ki, 2-ci turda “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşacaq, “Leyptsiq” isə evdə “Haydenhaym”ı qəbul edəcək. Hər iki görüş avqustun 30-da keçiriləcək.

İdman.biz