Elvin Cəfərquliyev: “Heç kim arxayınlaşmasın” - MÜSAHİBƏ

Müsahibə
23 Avqust 2025 13:03
46
Elvin Cəfərquliyev: “Heç kim arxayınlaşmasın” - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra Sportnet.az-a müsahibəsi

- Oyuna əsas heyətlə çıxmışdınız. Bu, çıxışınıza nə dərəcədə təsir etdi?

– Bəli, bəzi oyunçularımız meydanda deyildi. Bilirdik ki, çox ağır olacaq. Çünki "Sumqayıt"ın "Kəpəz"ə qarşı ilk tur oyununa baxmışdıq və təhlil etmişdik. Doğrudan da, çox yaxşı futbol oynayırlar. Yeni futbolçular da var və buna görə də oyunun çətin keçəcəyini gözləyirdik.

– Qolu gözlənilmədən buraxdınız…

– Bəli, gözlənilmədən qol buraxdıq və həmin qolun acısını da çəkdik. Çalışdıq ki, oyunun sonuna qədər rəqibi təzyiq altında saxlayaq. Qol vurmaq istədik, amma alınmadı. İndi isə növbəti oyunlara baxmaq lazımdır.

– Bu nəticəni hardasa proqnozlaşdırmaq olardı?

– Birinci və ya ikinci heyət baxımından əziyyət çəkmirik. Hər iki heyətdə güclü futbolçular var. Sadəcə, bu gün alınmadı. Belə nəticəni proqnozlaşdırmırdıq.

– "Ferentsvaroş"la oyuna hazırlıq necə olacaq?

– Yəqin ki, ilk oyunu təhlil edib hazırlaşacağıq. Hələ heç nə bitməyib. Bəziləri elə düşünür ki, orada qələbə qazanmışıq və hər şey bitib – amma belə deyil. Məncə, rəqib futbolçuların fikirlərindən, baş məşqçilərinin açıqlamalarından görünür ki, onlar bura qələbə üçün gəlirlər. Biz də əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə yüksələk.

- Rəqib komandanın baş məşqçisi Robbi Kin və futbolçular "Qarabağ"ın bu qələbəni mərhələni keçmiş kimi qeyd etməməyinizi istəyir. Bu, sizə əlavə motivasiya verir?

- Əlbəttə, onsuz da oyundan sonra komanda olaraq toplandıq, baş məşqçimiz də danışdı və bizə dedi ki, heç kim arxayınlaşmasın, Bakıdakı oyuna ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib.

- Onlar sizin qolları çox çılğın formada qeyd etdiyinizi deyirdilər...

- Bunlar normaldır. Çünki hesabda geri düşdükdən sonra qollar vurmağa başlamışdıq. Keçən oyunda qol buraxsaq da, məncə, qola qədər biz onları üstələyirdik, epizodlar da yaratmışdıq. Qol buraxdıq, amma geri qayıtdıq və mərhələni keçdik. Bu da çox normaldır. Qol vurmuşuqsa, sevinməliyik.

– Azarkeşlərə sözünüz nədir?

– İnşallah, Bakıdakı oyunda hamını gözləyirik, hamını dəvət edirik. Möhtəşəm dəstək istəyirik. Birlikdə bu mərhələni keçəcəyik.

İdman.biz