“Qarabağ”ın yeni transferlərindən olan Joni Montielin Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la görüşlərində meydanda olmaq şansı çoxalıb.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, ispan futbolçu fərdi məşqləri yekunlaşdıraraq, dünən artıq kollektivə qoşulub.
Onun adı da “Ferentsvaroş”la oyunlar üçün UEFA-nın sifariş ərizəsinə daxil ediləcək. Belədə, Montielin idman forması və ümumi durumu Qurban Qurbanov razı salarsa, onu Macarıstan çempionuna qarşı görüşlərdə meydanda görə biləcəyik.
Qeyd edək ki, “Qarabağ” Joni ilə 2+2 illik müqavilə imzalayıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
İdman.biz