“Qarabağ”ın sabiq oyunçusu: “Ferentsvaroş”dayam, məqsədim qalib gəlməkdir”

Xəbərlər
14 Avqust 2025 15:27
42
“Qarabağ”ın sabiq oyunçusu: “Ferentsvaroş”dayam, məqsədim qalib gəlməkdir”

“Yaxşı hissdir, dostları yenidən görmək xoş olacaq”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Ferentsvaroş”un yarımmüdafiəçisi Julio Romao deyib.

“Qarabağ”ın sabiq futbolçusu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdam klubunun Macarıstan təmsilçisinə qarşı keçirəcəyi oyundan danışıb.

O, komandaları müqayisə etmək istəməyib: “Mənim işim müqayisə aparmaq deyil, hazırda “Ferentsvaroş”dayam və məqsədim qalib gəlməkdir. Futboldur, hər kəs qazana bilər. Bizim başqa seçimimiz yoxdur, irəli gedəcəyik”.

İdman.biz