"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS üzrə ESPN (təyin olunmuş oyunçu qaydası) reytinqində dördüncü yeri tutub.
İdman.biz xəbər verir ki, siyahıda Robbi Kin ("Qalaksi", 2011) birinci, Sebastian Giovinko ("Toronto", 2015) ikinci, Karlos Vela ("Los Anceles", 2018) üçüncü yerdə qərarlaşıb.
Reytinqdə Tyerri Anrinin "Red Bull"a keçidi altıncı, Zlatan İbrahimoviçin isə “Qalaksi”yə keçidi doqquzuncu pilləni tutur.
Qeyd edək ki, ESPN liqa klublarına müəyyən edilmiş maaş həddinə tabe olmayan oyunçularla müqavilə imzalamağa imkan verən sistemdir. Bu qayda 18 il əvvəl Los-Ancelesin Devid Bekhemlə müqavilə imzalamasına kömək etmək üçün tətbiq edilib.
İdman.biz