Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
"Hayduk"un futbolçusu: "İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik" - İdman və Biz

"Hayduk"un futbolçusu: "İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik"

Xəbərlər
22 İyul 2025 20:47
89
"Hayduk"un futbolçusu: "İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik"

"Hayduk" komandası sabahkı görüşdə qələbəyə ümid edir".

İdman.biz xəbər Report.az xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun futbolçusu Filip Krovinoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: "Sabahkı oyuna hazırıq. İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkəniz barədə bir çox məlumatlar əldə etmişəm. Əsas hədəfimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq.

İdman.biz