Keçmiş məşhur ingilis futbolçusu Pol Qaskoyn xəstəxanadan evə buraxılıb.
İdman.biz xəbər verir ki, bu barədə onun meneceri Karli Souord məlumat verib.
Bundan əvvəl İngiltərə millisinin 58 yaşlı sabiq yarımmüdafiəçisinin evində yarıhuşsuz vəziyyətdə tapıldığı və təcili xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Souord Qaskoynun artıq özünü yaxşı hiss etdiyini bildirib: "Pol cümə günü könüllü şəkildə boğazındakı problemlə əlaqədar təcili yardım şöbəsinə müraciət edib. Artıq evinə qayıdıb və özünü yaxşı hiss edir".
İdman.biz