Markus Reşford icarə əsasında "Barselona"ya keçir

Xəbərlər
19 İyul 2025 17:19
59
Markus Reşford icarə əsasında "Barselona"ya keçir

Markus Reşford "Mançester Yunayted"dən "Barselona"ya keçməyə yaxındır.

İdman.biz "The Athletic"ə istinadən xəbər verir ki, Kataloniya klubu hücumçunu 2026-cı ilin yayına qədər icarəyə götürmək və sonradan transferini tamamlamaq hüququ ilə razılıq əldə edib.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu keçidi təsdiqləyib və 27 yaşlı ingiltərəli futbolçu ilə şəxsən danışıb. Klub Reşfordu həm cinahda, həm də mərkəzdə oynaya bilən universal hücumçu kimi görür. Bu, xüsusilə Luis Diası transfer etmək cəhdlərinin uğursuz alınması və Niko Uilyamsın "Atletik"də qalması fonunda daha da aktuallaşıb.

Reşford ötən mövsümü "Aston Villa"da icarədə keçirib, 17 oyunda 4 qol vurub, lakin mövsümü zədəyə görə vaxtından əvvəl başa vurub. O, dekabrdan bəri "Mançester Yunayted"in heyətində meydana çıxmayıb və özü də karyerasında yeni bir çağırışa hazır olduğunu bildirib.

İdman.biz