UEFA-dan “Qarabağ”dan başqa bütün klublara ödəniş - MƏBLƏĞ

Xəbərlər
15 İyul 2025 16:04
46
UEFA-dan “Qarabağ”dan başqa bütün klublara ödəniş - MƏBLƏĞ

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna ödəniş edib.

İdman.biz xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min 111 avro ödəniş olunub.

Qeyd edək ki, Premyer Liqa klublarından yalnız "Qarabağ" istisna təşkil edib.

İdman.biz