Arda Turandan təsnifatda rekord qələbə

Xəbərlər
11 İyul 2025 11:58
202
Arda Turandan təsnifatda rekord qələbə

Arda Turan "Şaxtyor"da işinə rekord nəticə ilə başlayıb.

İdman.biz xəbər verir ki, Ukrayna klubu türkiyəli mütəxəssisin rəhbərliyi ilə ilk rəsmi matçında Avropa Liqasında Finlandiya "İlves"inə 6:0 hesabı ilə qalib gəlib.

Bu, "Şaxtyor"un avrokubokların təsnifat mərhələrində ən böyük qələbədir.

Daha əvvəl ən böyük hesab 2000-ci ildə Çempionlar Liqasının 2-ci seçmə mərhələsində Estoniya "Levadiya"sına qarşı oyunda (5:1) qeydə alınmışdı. Beləliklə, Arda Turan 25 ildir davam edən rekordu yeniləyib.

Bundan əlavə, 6:0-lıq nəticə "Şaxtyor"un, ümumiyyətlə, avrokuboklarda ikinci ən böyük qələbəsidir. Rekord Donetsk klubunun 2014-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Belarus BATE-sinə 7:0 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

İdman.biz