"Kəpəz" "Sabah"dan ayrılan milli üzvünə təklif göndərib

Xəbərlər
11 İyul 2025 10:29
41
"Kəpəz" "Sabah"dan ayrılan milli üzvünə təklif göndərib

"Sabah"la yolları ayıran Namik Ələsgərov bir neçə klubun maraq dairəsində olsa da, hələ ki, qərarını verməyib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, onun xidmətində ən çox maraqlı olan "Kəpəz"dir.

Gəncə klubunun baş məşqçisi Adil Şükürov Ələsgərovu düşərgədə görmək istəsə də, futbolçu başqa təklifləri gözdən keçirir. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi Gəncə təmsilçisinin istəyinə cavab verməyə tələsmir. Tərəflər arasında maliyyə məsələsində fikir ayrılığı var.

Qeyd edək ki, Ələsgərov karyerası ərzində "Sabah"la yanaşı, "Neftçi", "Qarabağ", "Kəpəz", "Bursaspor" kimi komandaların formasını geyinib.

İdman.biz