"Sabah"dan ayrılıb, Zirə"yə keçib

Xəbərlər
8 İyul 2025 18:18
34
"Sabah"dan ayrılıb, Zirə"yə keçib

“Zirə” daha bir futbolçununu transferini açıqayıb.

İdman.biz xəbər verir ki, paytaxt klubu Vinsent Tilli heyətinə qatıb.

Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb. 25 yaşlı futbolçu son iki mövsümdə Azərbaycan Premyer Liqasında "Sabah"ın formasını geyinib.

Qeyd edək ki, Till bundan əvvəl Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub.

İdman.biz