"Qarabağ" jurnalistlər arasında futbol turniri keçirəcək

Xəbərlər
6 İyul 2025 17:23
35
"Qarabağ" jurnalistlər arasında futbol turniri keçirəcək

"Qarabağ"ın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, idman jurnalistləri arasında keçiriləcək yarışın oyunları iyulun 17-18-də baş tutacaq.

Turnirdə PFL-də 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə biləcəklər. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer ala bilər.

Heyəti formalaşan komandanın kapitanı siyahısını [email protected] ünvanına göndərməlidir. Müraciətlər 12 iyul saat 18:00-dək qəbul olunur.

Turnirin matçları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçiriləcək. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. Turnir barədə əlavə məlumat veriləcək.

İdman.biz