UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Selye" (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.
İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun sahibinin ilk oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.
Biletlərin qiyməti 2-5 manat arasında dəyişir.
Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
İdman.biz