"İmişli" 5 futbolçusu ilə yollarını ayırıb

Xəbərlər
25 İyun 2025 13:44
31
"İmişli" 5 futbolçusu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasına yüksələn "İmişli" 5 futbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla komanda arasında başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, "İmişli" 2024/2025 mövsümündə I Liqada ikinci yeri tutub.

İdman.biz