Millimizin futbolçusu karyerasını "Neftçi"də yox, xaricdə davam etdirəcək

Xəbərlər
23 İyun 2025 14:02
161
Millimizin futbolçusu karyerasını "Neftçi"də yox, xaricdə davam etdirəcək

“Neftçi” ilə danışığım olmayıb. Ora keçəcəyimlə bağlı xəbərlər isə həqiqəti əks etdirmir”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında hazırda azad agent statusunda olan Azərbaycan milli komandasının futbolçusu Rövlan Muradov deyib.

27 yaşlı yarımmüdafiəçi Azərbaycan klubları, xüsusilə “ağ-qaralar”la razılaşması barədə məlumatları təkzib edib: “Elə bir şey yoxdur. Fikrim karyeramı ölkə xaricində davam etdirməkdir”.

Legioner həyatı yaşamaq istəyən Muradov qərar qəbulu üçün tələsmək fikrində olmadığını qeyd edib: “Gözləyirəm, təkliflər var, amma real heç nə yoxdur. Karyeramı harada davam etdirəcəyimi tam dəqiq bilmirəm. Hər an xəbər ola bilər”.

Qeyd edək ki, Rövlan Muradov 2023-cü ildə “Qəbələ”dən 2 illik müqavilə ilə “Sumqayıt”a transfer olunub. O, ötən mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

İdman.biz