"Araz-Naxçıvan"ın yeni transferi Bakıya gələ bilmir

Xəbərlər
18 İyun 2025 11:57
44
"Araz-Naxçıvan"ın yeni transferi Bakıya gələ bilmir

"Araz-Naxçıvan"ın yay hazırlıq dövründə müqavilə bağladığı futbolçu Bar Kohen yeni komandasının düşərgəsinə qoşula bilmir.

İdman.biz xəbər verir ki, klubun mətbuat katibi Mahal Məmmədovun Teleqraf-a verdiyi məlumata görə, səbəb israilli pleymeykerin vətənində İranla hərbi əməliyyatlar üzündən uçuşların bağlı olmasıdır.

Məmmədov bildirib ki, hazırda Təl-Əvivdə olan Kohenin gəlişi hava yollarının nə zaman açılmasından asılı olacaq: "Özü və meneceri ilə daimi əlaqədəyik. İyunun 16-da gəlməli idi, amma oradan bütün uçuşlar ləğv edildiyinə görə səfər təxirə salınıb. Hazırda hava yollarının açılmasını gözləyirik".

"Futbolçunun gəlişi uzansa, müqaviləsi ləğv edilə bilərmi" sualına isə klub rəsmisi belə cavab verib: "Onu zaman göstərər".

Qeyd edək ki, 24 yaşlı Bar Kohen ilk dəfə legioner həyatı yaşayacaq. O, əvvəllər “Makkabi" (Təl-Əviv), “Beytar" (Təl-Əviv), “Hapoel" (Hayfa), “Makkabi" (Netaniya) klublarında çıxış edib. Kohenlə iyunun 12-də 1 illik müqavilə bağlanılıb.

İdman.biz