ABŞ-nin "İnter Mayami" klubu 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün heyətini açıqlayıb.
İdman.biz xəbər verir ki, yekun siyahıda əvvəllər “Barselona”da birgə çıxış etmiş ulduz futbolçular - Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba da yer alıb.
Turnir iyunun 15-də "İnter Mayami" və "Əl Əhli"nin (Misir) qarşılaşacağı açılış oyunu ilə başlayacaq. MLS komandası qrup mərhələsində həmçinin "Porto" (Portuqaliya) və "Palmeyras" (Braziliya) komandaları ilə mübarizə aparacaq. Çempionat iyulun 13-də başa çatacaq.
Qeyd edək ki, yeni formatda 32 klub 8 qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.
İdman.biz