Yassin Benzia "Qarabağ"ı tərk edib - RƏSMİ

Xəbərlər
11 İyun 2025 21:31
51
Yassin Benzia "Qarabağ"ı tərk edib - RƏSMİ

Yassin Benzianın "Qarabağ"da gedişi təsdiqlənib.

İdman.biz xəbər verir ki, Ağdam klubu bununla bağlı açıqlama yayıb.

Paylaşımda 30 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür olunub. Tərəflər bu yay başa çatan müqavilənin müddətini uzatmayıblar.

Qeyd edək ki, Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. O, bu müddətdə komandanın heyətində 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.

İdman.biz