Futbol üzrə DÇ-2026 seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Ukrayna ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanıb.
İdman.biz xəbər verir ki, Sergey Rebrovun çalışdırdığı komanda Torontoda "Canadian Shield" turniri çərçivəsində 2026-cı il mundialına vəsiqə qazanmış Yeni Zelandiya futbolçularına 2:1 hesabı ilə qalib gəlib.
Qolların ikinci hissədə vurulduğu oyunda ukraynalıların heyətində "Polissya"lı Oleksiy Hutsulyak və "Arsenal"lı Oleksandr Zinçenko fərqləniblər.
Hərəyə iki oyun keçirən dörd komandanın mübarizəsində Kanada 4 xalla qalib olub. Yeni Zelandiya 3 xalla ikinci, Ukrayna 3 xalla üçüncü və Kot d'İvuar da 2 xalla dördüncü yeri tutub.
"Canadian Shield" turniri çərçivəsində ilk oyunda Kanadaya 2:4 hesabı ilə məğlub olan ukraynalılar ondan əvvəl - martda UEFA Millətlər Liqası çərçivəsində Belçikaya 0:3 hesabı ilə uduzmuşdular.
Qeyd edək ki, Azərbaycan və Ukrayna futbolçularının DÇ-2026 seçmə mərhələsində ilk görüşü sentyabrın 9-da Bakıda olacaq.
İdman.biz