İngiltərədə daha bir klubun Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlandığı bildirilir.
İdman.biz xəbər verir ki, Sport24.az-ın məlumatına görə, bu, hazırda "Championship" divizionunda çıxış edən "Derbi Kaunti"dir.
1972 və 1975-ci illərdə İngiltərə çempionu olmuş komanda 27 yaşlı hücumçunu yaxından izləyir.
Daha əvvəl "Championship"dən "Hall Siti"nin Emreliyə təklif göndərdiyi barədə məlumat yayılmışdı. Ötən mövsümü II Bundesliqada "Nürnberq"də keçirən azərbaycanlı forvardın Almaniyada qalmağı düşündüyü bildirilir. Onun yaxın həftələr ərzində gələcək karyerası ilə bağlı qərar verəcəyi gözlənilir.
İdman.biz