Devid Bekhem cəngavər və "ser" olacaq

Xəbərlər
6 İyun 2025 15:50
45
Devid Bekhem cəngavər və "ser" olacaq

Devid Bekhem cəngavər olacaq.

İdman.biz "The Sun"a istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü cəngavər bakalavr tituluna təqdim olunacaq.

Bundan sonra o, "ser", həyat yoldaşı Viktoriya isə "ledi" çağırılacaqlar.

Rəsmi mükafatlandırma iyunun sonunda olacaq.

Siyasətçilər və idmançılar illərdir Bekhemin cəngavərliyə namizədliyini irəli sürürlər. İlk dəfə bu mövzu 2011-ci ildə onun Olimpiada-2012-nin Londona verilməsindəki xidmətlərinə görə gündəmə gəlib. Lakin, bir çox ulduzlar kimi, vergidən yayınma sxemində iştirakına görə İngiltərə millisinin keçmiş yarımmüdafiəçisinin namizədliyi rədd edilib.

Bekhem xeyriyyə işlərinə də böyük töhfə verib və Çarlz III Fondu ilə əməkdaşlıq edir. Keçən il kral onu rəsmən xeyriyyəçilik səfiri təyin edib.

Futboldakı xidmətlərinə görə 2003-cü ildə Kraliça II Elizabet tərəfindən Britaniya İmperiyası ordeni ilə təltif edilən Bekhem orden zabiti olub (mükafatın 4-cü dərəcəsi). Cəngavər bakalavr tituluna layiq görülməklə o, həmçinin "ser" adlanacaq, baxmayaraq ki, onun Britaniya İmperiyası ordeninin dərəcəsi buna uyğun deyil.

İdman.biz

Məqalədə: