Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olması xüsusi qeyd ediləcək.
İdman.biz xəbər verir ki, iyunun 8-də bu münasibətlə konsert keçiriləcək.
Tədbir saat 20:30-da Qoşa Qala qapısı və Azərbaycan kinoteatrı yaxınlığında olacaq.
Konsertdə millimizin futbolçuları da iştirak edəcəklər.
Qeyd edək ki, komandamız mundialın finalında Monteneqroya qalib gəliblər.
İdman.biz