Futbolda yeni qayda

Xəbərlər
3 İyun 2025 17:10
92
Futbolda yeni qayda

Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) onbirmetrlik zərbə ilə bağlı yeni qaydanı təsdiqləyib.

İdman.biz xəbər verir ki, əgər cərimə zərbəsini yerinə yetirən şəxs bilmədən topa iki dəfə toxunarsa (məsələn, sürüşmə səbəbindən top dayaq ayağından sıçrayırsa) və top qapıya daxil olarsa, zərbə yenidən yerinə yetirilə bilər.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Əvvəllər penalti zərbəsi zamanı topa hər hansı ikinci toxunuş, hətta təsadüfən olsa belə, zərbənin təkrarlanması və ya qolun hesaba alınmaması ilə nəticələnirdi.

Onbirmetrlik cərimə futbolçunun öz cərimə meydançasında edə biləcəyi qayda pozuntularına, məsələn, meydan oyunçusunun əlləri ilə topa toxunması, rəqibə qarşı kobud davranması və s. görə təyin edilir.

Penalti zərbəsi yerinə yetirildikdə rəqibin qapıçısı qapı xəttində dayanmalı, qalan oyunçular isə cərimə meydançasından kənarda olmalıdır.

İdman.biz

Məqalədə: