Mövsümün son təyinatları: Finalı kim idarə edəcək?

Xəbərlər
30 May 2025 12:14
48
Mövsümün son təyinatları: Finalı kim idarə edəcək?

Azərbaycan futbolunda 2024/25 mövsümünün son təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun final matçının hakimləri bəlli olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü İnqilab Məmmədov idarə edəcək. O, “Qarabağ”la “Sabah”ın duelində fit çalacaq.

Azərbaycan kuboku
Final
31 may (şənbə)
19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.biz