AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının sonuncu – XXXVI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
“Sabah”ın futbolçusu Sofian Çakla “Neftçi” ilə oyunda birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq cəzalanıb, klubu 1500 manat cərimə edilib. Bu qarşılaşmada “Neftçi”nin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Ağ-qaralar” 1000 manat cərimələnib.
“Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.
İdman.biz
