"Sportinq" 6 illik fasilədən sonra Portuqaliya kubokunu qazanıb

Xəbərlər
25 May 2025 23:53
36
"Sportinq" 6 illik fasilədən sonra Portuqaliya kubokunu qazanıb

"Sportinq" 6 illik fasilədən sonra Portuqaliya kubokunu qazanıb.

İdman.biz xəbər verir ki, Lissabon təmsilçisi finalda paytaxtın digər klubu "Benfika"ya 3:1 hesabı ilə qalib gəlib.

Viktor Gyökerşin 90+11-ci dəqiqədən penaltidən hesabı bərabərləşdirməsi sayəsində məğlubiyyətdən qurtulan "Sportinq" əlavə vaxtda daha iki qol vuraraq 18-ci dəfə ölkə kubokuna sahib çıxıb.

Bundan səkkiz gün əvvəl Portuqaliya çempionatında da məhz "Benfika"nı 2 xal qabaqlayaraq çempionluğu qazanan "Sportinq" "qızıl dubl" edib.

İdman.biz