"Kalyari" əsas qapıçısını ehtiyatda saxlayacaq – QEYRİ-ADİ SƏBƏB

Xəbərlər
23 May 2025 13:52
48
"Kalyari" əsas qapıçısını ehtiyatda saxlayacaq – QEYRİ-ADİ SƏBƏB

"Kalyari"nin əsas qapıçısı Elia Kaprile A Seriyasının sonuncu – 38-ci turunda "Napoli"yə qarşı keçiriləcək oyunda start heyətində yer almayacaq.

İdman.biz "Cronache della Campania"ya istinadən xəbər verir ki, baş məşqçinin bu qərarı 23 yaşlı futbolçunun məğlubiyyətdə maraqlı olması səbəbindən verilib.

Belə ki, "Napoli"nin qarşılaşmanı 3 xalla başa vuracağı təqdirdə, bu kluba məxsus Kaprile karyerasında ilk dəfə İtaliya çempionu olacaq.

İtaliyalı qolkiper cari ilin yanvar ayında icarə əsasında "Kalyari"yə keçib. Mövsümün ilk yarısında o, "Napoli" ilə A Seriyada 4 oyun keçirib. Bu isə o deməkdir ki, Kaprile "Kalyari"nin məğlubiyyətində maraqlı ola bilər: "Napoli"nin qələbəsi onun da "skudetto"nu qazanması demək olacaq.

Qeyd edək ki, bu gün A Seriyasının 38-ci turu çərçivəsində keçiriləcək və çempionu müəyyənləşdirəcək "Napoli" – "Kalyari" və "Komо" – "İnter" matçları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz