AFFA İcraiyyə Komitəsinin (İK) bu gün bir araya gəlməsi planlaşdırılıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, İK-nin toplanacağı barədə üzvlərə əvvəlcədən xəbərdarlıq olunub.
Qurumun prezidenti Rövşən Nəcəfin son anda hansısa başqa işi çıxsa, komitənin iclası mayın 24-nə ertələnəcək.
Gündəliyə gəlincə, bura bir neçə məsələ daxildir.
Əvəzedicilər Liqasının ləğvi, I Liqada legioner limitinin dəyişdirilməsi, II Liqanın iştirakçı sayı, onlara ayrılan yardım paketinin məbləğinə yenidən baxılması və digər mövzular masaya yatırılacaq.
İdman.biz