“Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə cəzalanıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verilib.
Onun diskvalifikasiyasına I Liqanın XXVI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonrakı davranışı səbəb olub. Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “Qaradağ Lökbatan” 400 manat cərimələnib.
İdman.biz