Vasili Berezutski Moskvaya dönür

Xəbərlər
12 May 2025 21:53
46
Vasili Berezutski Moskvaya dönür

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyaya yollanacaq.

İdman.biz xəbər verir ki, o, SSKA-nın UEFA kubokundakı qələbəsi münasibətilə təşkil olunacaq qala gecədə iştirak edəcək.

Oyun mayın 18-d Moskavada keçiriləcək. Paytaxt klubuna qarşı "Çelsi", "Portu", "Benfika", "Partizan", "Oser", "Parma", "Sportinq" kimi klublarda çıxış etmiş futbolçulardan qurulmuş heyət çıxış edəcək. SSKA 2004/05 mövsümündə UEFA kuboku titulunu qazanıb.

Qeyd edəki ki, "Sabah" Misli Premyer Liqasının 35-ci turunda "Zirə"nin qonağı olacaq.

İdman.biz