“Sabah”dan evdə 150-ci qol

Xəbərlər
12 May 2025 11:28
41
“Sabah”dan evdə 150-ci qol

“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

İdman.biz xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXIV turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.

Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.

İdman.biz