Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoxlama görüşünü keçirib.
İdman.biz xəbər verir ki, U-16 komandamız Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qüvvəsini sınayıb.
Binə stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan - Belarus - 0:3
Qollar: Vladislav Vyarenik, 28; Kiril Şelest, 43; Matvey Zabavski, 90.
Azərbaycan: 1. Bilal Hacıyev (12. Kamal Camalzadə, 62), 2. Mehdi İsmayılov (15. Ramil Hacıyev, 67), 3. Roman Fərzəli, 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 7. Yusif Orucəliyev (20. Raul Hüseynov, 67), 13. Şikar Şikar, 14. Arda Əzizli (21. Tunar Əsgərzadə, 46), 17. Cavidan Əlizadə (10. Furqan Musayev, 46), 11. Tunar Bayramov (16. Cəfər Balakişiyev, 79), 9. Ömər Kosayev (18. Nicat Rəhimli, 79)
Belarus: 12. İlya Yuxnoviç, 2. Stanislav Dronov (23. Arseni Asipenka, 46), 3. Aleksandr Klimoviç, 6. Qleb Yemelyanov (k) (19. Kiril Kavalyov, 70), 13. Kiril Şelest (18. Matvey Zabavski, 62), 14. Marat Lazareviç (20. Zaxar Şixneviç, 70), 15. Vladislav Vyarenik (4. Matvey Mariniç, 70), 21. Qleb Bardaçov (17. İvan Zaxovski, 70), 22. Daniil Nasko (5. Anton Vial, 83), 10. Yaraslav Qubaşin (8. Vladislav Tratyak, 46), 11. Yaramir Tratsyak (9. Kiril Salyanik, 62).
Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.
İdman.biz