"Məğlub olduq, doqquzuncu pilləyə düşdük. Bunun səbəbləri çoxdur və təkcə günahkar Vaqif Cavadov deyil".
İdman.biz xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Kəpəz"ə məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, hər iki komandanın qalib gəlmək istədiyini vurğulayıb: "Bizim də fürsətlərimiz var idi. İstəməzdik məğlub olaq. Rəhbərlik necə qərar verəcəksə, mən də onun arxasındayam. Mənim getməyimlə nəsə düzələcəksə, buna hazıram.
Amma bu gün biz Premyer Liqada qalmışıq. Növbəti mövsüm burada olsam, o zaman Vaqif Cavadovun işinə qiymət verərsiz. Bu komandanı mən qurmamışam. Şans olarsa, futbolçuları dəyişərdim. Heç kimi aşağılamaq niyyətim yoxdur".
Cavadov komandanın uğursuz çıxışının bir neçə səbəbi olduğunu bildirib: "Mövsümün əvvəlinə baxmaq lazımdır. Bu komandanı mən yığmamışam. Əsas odur ki, komandanı Premyer Liqada saxladım. Rəhbərlik nə qərar versə, hər bir vəziyyətə hazıram.
Yerli futbolçuların əksəriyyətinin müqaviləsi bitmək üzrədir. Mən demirəm mənə bir mövsüm şans verilsin. Özümü tənqid edirəm. Səhvlərimiz çoxdur. Analiz edirsizsə, gedib Pro kateqoriyasını oxumalısız".
İdman.biz